Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Türk Dövlətləri Təşkilatının (TDT) oktyabrın 29-30-da keçiriləcək sammitinin uğurlu olacağını bildirib.
Turkustan.az xəbər verir ki, politoloq bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oqtay Saralın vəzifəsindən azad edilməsindən sonra paylaşım edib.
“Türk Dövlətləri Təşkilatının 29-30 oktyabr tarixlərində keçiriləcək sammiti uğurlu olacaq!” – deyə Tofiq Zülfüqarov yazıb.
Qeyd edək ki, Oqtay Saral Prezident R.T.Ərdoğanın tələbi ilə bu gün istefa verib./Globalinfo.az