ABŞ-İsrailin İrana qarşı müharibəsinin dəyəri 29 milyard dollara çatdı


ABŞ müdafiə nazirinin maliyyə məsələləri üzrə müavini Jules J. Hurst III bildirib ki, ABŞ/İsrail-İran müharibəsinin dəyəri bu günə qədər təxminən 29 milyard dollara çatıb.

Turkustan.az xəbər verir ki, ABŞ Müdafiə Naziri Pit Heqset və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn ilə birlikdə Nümayəndələr Palatasının Büdcə Təxsisatı Komitəsinin Müdafiə Alt Komitəsində Pentaqonun 2027-ci maliyyə ili üçün rekord büdcə tələbi ilə bağlı ifadə verib.

Nümayəndələr Palatasının üzvləri ABŞ-ın İsraillə birlikdə İrana qarşı başlatdığı müharibənin Pentaqon büdcəsinə indiyə qədər nə qədər xərc çəkdiyi barədə suala cavab olaraq Hurst bildirib ki, bu rəqəm "təxminən 29 milyard dollara çatıb".

Hörst dedi: "[Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin] ifadəsi zamanı bu rəqəm 25 milyard dollar idi, lakin birgə qərargah komandası və maliyyə komandası bu qiymətləndirməni daim nəzərdən keçirir və buna görə də indi bunun 29 milyard dollara yaxın olduğuna inanırıq."

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ