Böyük Britaniya Müdafiə Nazirliyi, təhlükəsizliyi təmin etmək və bölgədəki Britaniya maraqlarını və müttəfiqlərini müdafiə etmək üçün Hörmüz boğazına hərbi gəmilər, dron ov sistemləri və "Eurofighter Typhoon" təyyarələri göndərəcəyini açıqladı.
Turkustan.az xəbər verir ki, Böyük Britaniya Müdafiə Nazirliyinin açıqlamasında Hörmüz boğazının təhlükəsizliyinin Böyük Britaniya və Fransanın sədrliyi ilə keçirilən və 40-dan çox ölkənin müdafiə nazirlərinin qatıldığı onlayn görüşdə müzakirə edildiyi bildirilib.
HMS Dragon gəmisinin Şərqi Aralıq dənizinə Boğazların təhlükəsizliyini təmin etmək və Britaniyanın bölgədəki maraqlarını və müttəfiqlərini müdafiə etmək üçün göndərildiyi bildirilən açıqlamada, bu gəmiyə əlavə olaraq bölgəyə qırıcı təyyarələr, mina təmizləyən dronlar və ən müasir dron əleyhinə sistemlərin göndəriləcəyi barədə də məlumat paylaşılıb.
Qeyd edilib ki, Böyük Britaniyanın bölgəyə göndərəcəyi sistemlər arasında mina təmizləmə mütəxəssisləri də var.
Aytən Yaşar/ Turkustan.az