“2025-ci il üçün Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 36 milyard 616 milyon manat, xərclərinin isə 39 milyard 667,6 milyon manat olacağı gözlənilir. Yəni ötən illə müqayisədə gəlirlər cəmi 0,6% artacaq, xərclər isə 0,2% azalacaq”.
Turkustan.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib.
O qeyd edib ki, maaşlarda ciddi artım olmayacaq:
“Maaş və təqaüdlərdə ciddi artım olmayacaq, ən yaxşı halda 8-10% civarı ətrafında danışa bilərik. Amma büdcə gəlirlərinin, demək olar ki, artmaması onu deyir ki, biznes yaxşı durumda deyil, iqtisadi aktivlik yox dərəcəsindədir. İqtisadi artımın əsas “driver”i yenə neft gəlirləri və büdcə xərcləri olacaq – başqa sözlə, son 20 ilin “qısır döngəsindən” çıxa bilmirik”.
Xatırladaq ki, Prezident İlham Əliyev “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini Milli Məclisin müzakirəsinə təqdim edib. /konkret.az/