Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək.
Turkustan.az Report-a istinadla xəbər verir ki, 4 vaqondan ibarət, çəkisi 280 ton olan buğda və 4 vaqondan ibarət, çəkisi 277 ton olan gübrə Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.
Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 28 min tondan çox taxıl, 4 min tondan çox gübrə, 133 ton alüminium və 68 ton qarabaşaq göndərilib.
Xatırladaq ki, tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsulları da ixrac olunur. İndiyədək Azərbaycandan Ermənistana 10 min tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.