Ukrayna Liviyada iki Rusiya hərbi gəmisini vurdu


Ukrayna Prezidenti Volodimir Zelenski Liviyanın Benqazi sahillərində iki Rusiya gəmisinə edilən hücumların arxasında Ukraynanın dayandığını bildirib. Hücum nəticəsində Rusiya hərbi gəmisi “Merkuri”nin batırıldığı iddia olunur.

Turkustan.az xəbər verir ki, Zelenski Rusiya ilə Ukrayna arasındakı münaqişənin Aralıq dənizinə qədər yayıldığını göstərən hücumun dörd ildən artıqdır davam edən müharibənin növbəti əks-sədası olduğunu deyib.

Ukrayna liderinin sözlərinə görə, “Merkuri” adlı Rusiya hərbi gəmisi yeddi pilotsuz uçuş aparatı (PUA) tərəfindən hədəfə alınaraq batırılıb. Hücum zamanı başqa bir Rusiya gəmisinə də zərbə endirilib.

Kreml hadisə ilə bağlı hələlik açıqlama verməyib. Bununla yanaşı, yerli mənbələr hücum nəticəsində Rusiya hərbçilərinin öldüyünü bildiriblər.

Məlumatlarda həmçinin Rusiya gəmilərinə hücum zamanı Benqazidəki hərbi bazanın da hədəfə alındığı qeyd olunur.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ