Hibrid və elektrik mühərrikli avtomobillərə tətbiq edilən güzəşt yanvarın 1-dən başa çatıb.
Turkustan.az Xəzər TV-yə istinadən xəbər verir ki, satıcıların sözlərinə görə, güzəştin ləğvi maşın bazarındakı qiymətlərin artmasına səbəb olub.
Satıcılar qiymət artımının hələ bir müddət davam edəcəyini proqnozlaşdırırlar.
Amma onların sözlərinə görə, qiyməti nisbətən enən avtomobillər də mövcuddur.
Alıcılar isə qiymətlərdə yüksəlmə olduğunu təsdiqləyiblər.