Qoyun ətinin qiyməti “rekord” qırdı – Apreldə 10.8 dollara çatdı


2025-ci ilin aprel ayında Avropa bazarında qoyun ətinin 1 kiloqramının orta qiyməti əvvəlki aya nisbətən 7.5% artaraq 10.8 ABŞ dolları səviyyəsinə yüksəlib.

Turkustan.az xəbər verir ki, bu barədə Aqrar Tədqiqatlar Mərkəzinin yayımladığı icmalda bildirilib.

Belə ki, bu, son bir il ərzində müşahidə edilən ən yüksək göstəricilərdən biridir.

Məlumtda diqqətə çatdırılıb ki, 2024-cü ilin aprel ayından 2025-ci ilin aprel ayınadək olan dövrdə qoyun ətinin qiyməti dəyişkən olub. Ötən ilin iyul ayında 8.95 dollarla ən aşağı səviyyəyə enən qiymətlər, xüsusilə ilin son rübündən etibarən artmağa başlayıb.Bu ilin martında qiymət 10.02 dollar, apreldə isə 10.77 dollar səviyyəsində qeydə alınıb.

Qeyd edilib ki, 2022-ci ildə Avropa bazarında qoyun ətinin 1 kiloqramı 7.60 dollar civarında satılırdısa, bu rəqəm 2023-cü ildə 8.01 dollara, 2024-cü ildə isə 9.17 dollara yüksəlib. 2025-ci ilin ilk rübündə isə orta qiymət 9.82 dollar olub ki, bu da son üç ildə təxminən 30%-lik ümumi artımı göstərir.

Mütəxəssislərin fikrincə, qiymət artımı həm tələbin yüksəlməsi, həm də logistika və istehsal xərclərinin artması ilə bağlıdır. Bu artımın davam edib-etməyəcəyi isə yaxın aylarda Avropa ölkələrinin ticarət balansı, hava şəraiti və fermer dəstəyi siyasətlərindən asılı olacaq. /bakivaxti.az/


MANŞET XƏBƏRLƏRİ