Azərbaycanda nağdsız ödənişlərdə problem müşahidə edilir.
Turkustan.az xəbər verir ki, bu barədə vətəndaşlar sosial media hesablarında paylaşım ediblər.
Məlumata görə, hazırda pos-terminallarla ödəniş etmək olmur
İctimai iaşə obyektlərində kartla ödəniş mümkün olmadığı üçün ödəniş nağd şəkildə tələb olunur.
Problemin nədən qaynaqlandığı hələlik məlum deyil. /Modern.az/