Bakıda doğulmuş erməni deputat Vilen Qabrielyan yenidən Azərbaycanda yaşamaq istəyir.
Turkustan.az Publika.az-a istinadən xəbər verir ki, Qabrielyan təhlükəsizlik təminatı veriləcəyi təqdirdə, Bakıya köçəcəyini bildirib: “Azərbaycan təhlükəsizlik təminatı verərsə, Bakıya getmək, orada yaşamaq istəyərdim”.
Erməni deputat Ermənistanın da azərbaycanlıların Qərbi Azərbaycana qayıdışını təmin etməli olduğunu dilə gətirib.
“Dünya yeni yaranmayıb, bir-biri ilə müharibə aparan, sonra sülh şəraitində yaşayan çoxlu dövlətlər var”, – o bildirib.
Qabrielyan hesab edir ki, hər iki tərəf – Ermənistan və Azərbaycanın qaçqınların geri qayıtmasını təmin etməlidir.
Qeyd edək ki, erməni deputat bundan öncə “boz qurd” işarəsi ilə gündəmə gəlmişdi.