Azərbaycanın QHT nümayəndələri Ermənistana gedirlər


"Sülh Körpüsü" təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin növbəti görüşü bu ilin sonuna qədər keçiriləcək.

Turkustan.az xəbər verir ki, bu barədə “Trend”ə "Sülh Körpüsü" təşəbbüsünün Azərbaycandan koordinatoru və Beynəlxalq Münasibətlər və Multikulturalizm Təhlili Mərkəzinin İdarə Heyətinin sədr müavini Fərhad Məmmədov bildirib.

Onun sözlərinə görə, görüş Ermənistanda baş tutacaq.

Xatırladaq ki, ilk görüş 21-22 oktyabr 2025-ci il tarixlərində İrəvanda baş tutub və dialoqun əsas sahələri müəyyən edilib. Növbəti görüş 21-22 noyabr 2025-ci il tarixlərində hər iki ölkənin ekspertləri və QHT nümayəndələrinin iştirakı ilə Bakıda keçirilib.

Ən son görüş 10-12 aprel tarixlərində Qəbələdə baş tutub. Görüş zamanı iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoqun inkişaf etdirilməsi və birbaşa əlaqələrin asanlaşdırılması məsələləri müzakirə olunub.


MANŞET XƏBƏRLƏRİ