Yeni nəsil şəxsiyyət vəsiqələri hazırlanacaq


2027-ci ilin dövlət büdcəsindən yeni nəsil şəxsiyyət vəsiqələrinin hazırlanması və çapı üçün 45 milyon manat vəsait ayrılması proqnozlaşdırılıb.

Turkustan.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əks olunub.

Sənədə əsasən, Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən ticarət nümayəndəliklərinin saxlanılması üçün 8 milyon manat vəsait ayrılması nəzərdə tutulub.


MANŞET XƏBƏRLƏRİ