ABŞ-ın "The War Horse" nəşri İranla müharibənin başlanmasından sonra Amerika hərbçilərinin aldığı xəsarətlərlə bağlı məlumat yayıb.
Turkustan.az xəbər verir ki, hesabatda İranın hücumları nəticəsində ABŞ ordusunda çoxsaylı baş travmalarının qeydə alındığı bildirilir.
Nəşrin əldə etdiyi məlumatlara əsasən, müharibənin başlanğıcından aprelin əvvəlinədək ən azı 170 amerikalı hərbçi baş nahiyəsindən xəsarət alıb.
Məlumata görə, yaralananlardan 64 nəfəri Hərbi Dəniz Qüvvələrinin, 51 nəfəri Hərbi Hava Qüvvələrinin, 19 nəfəri isə Dəniz Piyadaları Korpusunun hərbçiləridir.
Hesabatda ümumilikdə təxminən 400 hərbi itkinin qeydə alındığı, bunlardan 270-dən çoxunun quru qoşunlarının şəxsi heyətinə aid olduğu bildirilib. Qeyd olunur ki, həmin hərbçilərin təxminən üçdə biri ehtiyatda olan əsgərlərdir.
Aytən Yaşar/ Turkustan.az