Misirdə 5,3 bal gücündə zəlzələ baş verdi


Misirin İsmailiyyə şəhərində 5,3 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar İordaniya, Livan, Fələstin və İsraildə də hiss olunub.

Turkustan.az xəbər verir ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Zəlzələ Departamentinin məlumatına görə, zəlzələ saat 03:00-da qeydə alınıb.

Məlumata əsasən, zəlzələnin episentri İsmailiyyə şəhəri olub, ocaq dərinliyi isə 5,47 kilometr təşkil edib.

Yerli KİV-in məlumatına görə, paytaxt Qahirə və ətraf bölgələrdə də hiss edilən zəlzələ nəticəsində ilkin qiymətləndirməyə əsasən itki və ya dağıntı qeydə alınmayıb.

Yeraltı təkanlar Misirlə yanaşı, İordaniya, Livan, Fələstin və İsraildə də hiss edilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ