CENTCOM: İrana təzyiq göstərməyin yeni yollarını araşdırırıq


ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) İrana qarşı yeni strategiyaların hazırlanması məqsədilə hərbi analitiklərdən təkliflər istədiyi iddia olunub.

Turkustan.az xəbər verir ki, CNN International-ın məlumatına görə, CENTCOM-da xidmət edən yüksək rütbəli bir zabit hərbi analitiklərə göndərdiyi elektron məktubda İranla bağlı yeni yanaşmalar barədə fikir və təkliflər istəyib.

"Bizə yeni ideyalar lazımdır" başlıqlı məktubda, "İrana təzyiq göstərmək və onu cəzalandırmaq üçün yeni və qeyri-ənənəvi yollar axtarırıq", – deyə qeyd olunub.

CNN-ə danışan mənbənin sözlərinə görə, sözügedən məktub ötən həftə göndərilib və ABŞ-ın yüksək vəzifəli hərbi rəsmisi İranla bağlı mümkün yeni strategiyalar üzrə təkliflərin təqdim edilməsini istəyib.

Başqa bir mənbə isə bildirib ki, CENTCOM bütün mümkün variantları nəzərdən keçirir və mövcud strategiyanın yenidən qiymətləndirilməsinin zəruri olduğunu hesab edir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ