Qətər Müdafiə Nazirliyi: Raket hücumu zərərsizləşdirildi


Qətər Müdafiə Nazirliyi ölkəyə yönəlmiş yeni raket hücumunun hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirildiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, ABŞ-ın son günlər İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlardan sonra bölgədə gərginlik davam edir. Dohada bir neçə partlayış səsinin eşidildiyi və sakinlərin mobil telefonlarına təhlükəsizlik xəbərdarlıqlarının göndərildiyi bildirilib.

Qətər Müdafiə Nazirliyinin məlumatına görə, ölkəni hədəf alan raket hücumunun qarşısı vaxtında alınıb. Bildirilir ki, hadisə zamanı çəkilən görüntülər sosial şəbəkələrdə yayılıb.

Bununla yanaşı, İranın ABŞ-ın son hücumlarına cavab olaraq Körfəz bölgəsində ABŞ hərbi obyektlərinə ev sahibliyi edən ölkələri hədəf aldığı bildirilir. Məlumatlara görə, günün əvvəlində Küveyt və Bəhreyn də raket və pilotsuz uçuş aparatı (PUA) hücumlarına məruz qaldıqlarını açıqlayıblar.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ