Bakıda Kral III Çarlzın doğum günü qeyd olundu - FOTO


Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi kral III Çarlzın doğum günü münasibətilə rəsmi ziyafət təşkil edib.

Turkustan.az “AzPolitika”ya istinadən xəbər verir ki, tədbirdə Azərbaycan hökumətinin və Parlamentinin rəsmiləri, ictimai-siyasi sektorun tanınmış simaları və media təmsilçiləri iştirak ediblər.

Mərasimdə çıxış edən Böyük Britaniyanın Azərbaycandakı yeni səfiri Dunkan Norman və Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov ikitərəfli strateji tərəfdaşlığın gələcəyinə və regiondakı cari vəziyyətə dair mühüm mesajlar veriblər.

Səfir kimi ilk çıxışını etməkdən şərəf duyduğunu bildirən D.Norman, bu tədbirin onun üçün yeni bir başlanğıcdan daha çox, “geri dönüş” olduğunu vurğulayıb:

“Azərbaycana cəmi dörd həftə əvvəl gəlsəm də, Bakıya ilk səfərim 1999-cu ilə təsadüf edir. Həmin vaxtdan bu günə qədər ölkənin keçdiyi inkişaf yolu həqiqətən diqqətəlayiqdir. Bu gün Azərbaycan dinamik, müasir və dünyaya açıq bir ölkədir.”

Bölgədəki sülh prosesinə toxunan səfir rəsmi Londonun mövqeyini diqqətə çatdırıb:

“Hazırda ölkə mühüm imkanlar dövrünü yaşayır. Bir nəsil ərzində ilk dəfə olaraq Cənubi Qafqazda davamlı sülhün bərqərar olması üçün real imkan yaranıb. Sülh regionda ticarət, sərmayə və nəqliyyat əlaqələrinin genişlənməsinə şərait yaradacaq. Qarşıda duran əsas vəzifə isə bu sülhün dönməzliyini təmin etməkdir”.

Dunkan Norman iki ölkə arasında münasibətlərin artıq Strateji Tərəfdaşlıq səviyyəsinə yüksəldiyini qeyd edərək əməkdaşlığın əhatə dairəsini belə qruplaşdırıb:

“Müdafiə sahəsində əlaqələrimiz tarixinin ən güclü dövrünü yaşayır. Biz qanunsuz əmtəə qaçaqmalçılığına qarşı mübarizədə sıx əməkdaşlıq edirik; Britaniya şirkətləri aviasiya, infrastruktur, maliyyə və süni intellekt kimi qabaqcıl sahələrdə fəal iştirak edirlər; Biz Qarabağda mina təmizlənməsi işlərinə verdiyimiz dəstəklə qürur duyur, bununla icmaların yenidən qurulmasına və bərpasına töhfə veririk”.

Azərbaycan Hökuməti adından çıxış edən energetika nazirinin müavini Orxan Zeynalov Böyük Britaniya xalqını təbrik edib və yeni səfirə fəaliyyətində uğurlar arzulayıb. O, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi çoxşahəli tərəfdaşlıq strategiyasının iqtisadi göstəricilərini açıqlayıb:

“Birləşmiş Krallıq ilk vaxtlardan sərmayələri və enerji sektoruna dəstəyi ilə Azərbaycanın inkişafında mühüm rol oynayan strateji tərəfdaşımızdır. Birləşmiş Krallıq 39.9 milyard dollardan çox sərmayə yatırımı – o cümlədən bunun 37 milyard dolları enerji sektoruna olmaqla ölkəmizdə ən böyük xarici investordur”.

O. Zeynalov ötən əsrin “Əsrin Müqaviləsi” ilə başlayan və bu gün “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” layihələri ilə qlobal enerji təhlükəsizliyinə töhfə verən BP ilə əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu bildirib. Nazir müavini bu ayın əvvəlində “AÇG Dərin Qaz” layihəsi çərçivəsində sərbəst təbii qaz hasilatına başlanılmasını tarixi hadisə adlandırıb.

Azərbaycan və Böyük Britaniya arasındakı gələcək hədəflərə toxunan hökumət rəsmisi iki mühüm anons verib:

2027-ci ildə Cəbrayılda istismara veriləcək 240 MVt gücündəki “Şəfəq” Günəş Elektrik Stansiyası Səngəçal terminalının dekarbonizasiyasına xidmət edəcək və karbohidrogenlərlə “yaşıl enerji”nin vəhdətini nümayiş etdirəcək.

Azərbaycan ilə Böyük Britaniya arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin yaxın vaxtlarda imzalanması gözlənilir ki, bu da ikitərəfli əlaqələrə yeni təkan verəcək.

Ziyafətin sonunda səfir Dunkan Norman BP, Rolls-Royce və digər tərəfdaşlara iki ölkə arasındakı münasibətlərə verdikləri töhfəyə görə təşəkkürünü bildirib.

Bakıda Kral III Çarlzın doğum günü qeyd olundu - FOTO Bakıda Kral III Çarlzın doğum günü qeyd olundu - FOTO Bakıda Kral III Çarlzın doğum günü qeyd olundu - FOTO Bakıda Kral III Çarlzın doğum günü qeyd olundu - FOTO Bakıda Kral III Çarlzın doğum günü qeyd olundu - FOTO Bakıda Kral III Çarlzın doğum günü qeyd olundu - FOTO Bakıda Kral III Çarlzın doğum günü qeyd olundu - FOTO
Bakıda Kral III Çarlzın doğum günü qeyd olundu - FOTO


MANŞET XƏBƏRLƏRİ