Çin razılaşdı: Hörmüz boğazının açıq qalmasını istəyir


ABŞ prezidenti Donald Tramp Çin prezidenti Si Cinpinin İranla razılığa gəlməyə və Hörmüz boğazının yenidən açılmasına kömək etməyə hazır olduğunu bildirib.

Turkustan.az xəbər verir ki, ABŞ Prezidenti Tramp Çinə səfəri zamanı Fox News-dan Şon Hannitiyə verdiyi müsahibədə Si Cinpinlə görüşü barədə fikirlərini bildirib.

Tramp bildirib ki, Çin prezidenti Si Cinpin həm İranla razılaşmaya, həm də Hörmüz boğazından ticarət keçidinin bərpasına ümidini ifadə edib.

ABŞ prezidenti Tramp bildirib ki, "Prezident Si (İranla) razılaşma istəyir. Hətta təklif də verib və deyib ki, "Əgər hər hansı bir şəkildə kömək edə bilsəm, kömək etmək istərdim". O, Hörmüz boğazının açıq qalmasını istəyir və bu qədər neft alan hər kəsin onlarla (iranlılarla) bir növ əlaqəsi olduğu aydındır, lakin o, əlindən gələn hər cür kömək etmək istədiyini bildirib".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ