Ərdoğan Türküstanda keçiriləcək Zirvə Toplantısına qatılacaq


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstanın Türküstan şəhərinə səfər edib.

Turkustan.az xəbər verir ki, orada Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə Toplantısında iştirak edəcək.
Zirvə görüşündə Qazaxıstan, Azərbaycan, Özbəkistan, Qırğızıstan və Şimali Kipr Türk Respublikasının dövlət başçıları iştirak edəcəklər.

Ərdoğanı həyat yoldaşı Əminə Ərdoğan müşayiət edib.

Ərdoğan Türküstana səfəri zamanı muzeyi və Hoca Əhməd Yəsəvinin məqbərəsini ziyarət edəcək.

Bundan əlavə, Ərdoğan Türk Dövlətlərinin Qeyri-Rəsmi Zirvə Toplantısının keçiriləcəyi məkanda keçiriləcək qarşılanma mərasimindən sonra ailə fotosessiyasında iştirak edəcək, Türk Sivilizasiya Mərkəzi kapsulunun yerləşdirilməsi mərasimindən, GovTech rəqəmsal həllərinin təqdimatından və zirvədən sonra isə Türkiyəyə yola düşəcək.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ