Fələstin prezidenti Mahmud Abbas Ramallahda keçirilən FƏTH Hərəkatının 8-ci Adi Konqresində yenidən lider seçilib.
Turkustan.az xəbər verir ki, Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə, FƏTH Hərəkatının Ramallahda keçirilən 8-ci Adi Konqresində onun rəhbərliyi üçün səsvermə keçirilib.
Səsvermədə Abbas nümayəndələrin yekdil səsi ilə yenidən hərəkatın lideri seçildi.
Bu gün Ramallahdakı Fələstin Prezident Mərkəzində başlayan və üç gün davam edəcək konqresdə Qəzza zolağı, Qahirə və Beyrutdan olan iştirakçılar da onlayn şəkildə iştirak edirlər.
Hazırlıq komitəsinin açıqlamasına görə, konqresdə təxminən 2580 nümayəndə iştirak edir; onlardan 1600-ü Ramallahda, 400-ü Qəzzada, 400-ü Qahirədə və 200-ü Beyrutdadır.
Fələstinin əfsanəvi lideri Yasir Ərəfatın 2004-cü ildə vəfatından sonra FƏTH-in rəhbərliyini öz üzərinə götürən Abbas, 2016-cı ildə keçirilən 7-ci konqresdə yenidən seçilib. Abbas həmçinin 2005-ci ildə Fələstin Azadlıq Təşkilatının və Fələstin Milli Hakimiyyətinin sədri təyin edilib.
Aytən Yaşar/ Turkustan.az