İsrail müdafiə naziri Yisrael Katz "İrandakı missiyamız bitməyib" deyərək, İrana yenidən hücum edə biləcəklərinə işarə etdi.
Turkustan.az xəbər verir ki, Haaretz qəzetinin məlumatına görə, Katz tədbirdə çıxışında "İranın son bir ildə geriləmələr yaşadığını" iddia edib.
Katz İrana yenidən hücum edə biləcəklərinə işarə edərək, "İrandakı missiyamız bitməyib və tezliklə hərəkətə keçməli ola biləcəyimiz ehtimalına hazırıq" dedi.
İsrailin Livanı işğal etməsi ilə bağlı Katz iddia edirdi ki, Livanın cənubundakı kəndlərdə evlər dağıdılıb.
Katz Hizbullahın dron təhdidindən xəbərdar olduqlarını və bu məsələyə diqqət yetirdiklərini vurğuladı.
Aytən Yaşar/ Turkustan.az