Ağ Ev: Tramp və Si Cinpin İranın nüvə silahı əldə etməsinə qarşı razılığa gəldi


Ağ Ev ABŞ prezidenti Donald Tramp və Çin prezidenti Si Cinpinin Hörmüz boğazının açıq qalması və "İranın heç vaxt nüvə silahına sahib olmamalı" olması barədə razılığa gəldiyini açıqladı.

Turkustan.az xəbər verir ki, Ağ Ev ABŞ-da yerləşən X şirkətinin sosial media hesabı vasitəsilə Trampın Çinin paytaxtı Pekində Si Cinpinlə görüşü ilə bağlı açıqlama yayıb.

Bəyanatda görüşün "yaxşı" keçdiyi və iki liderin ABŞ ilə Çin arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi yollarını müzakirə etdiyi bildirilib.

Bəyanatda ABŞ-da yerləşən böyük şirkətlərin rəhbərlərinin görüşün bir hissəsində iştirak etdiyi və tərəflərin ABŞ bizneslərinin Çin bazarına çıxışının genişləndirilməsi və Çinin Amerika sənayesinə investisiyalarının artırılması məsələlərini müzakirə etdiyi bildirilir.

Bəyanatda həmçinin qeyd olunur ki, iki liderin "fentanil istehsalında istifadə olunan materialların ABŞ-a daxil olmasının dayandırılmasında əldə edilən irəliləyişi davam etdirməyin" və "Çinin ABŞ-dan kənd təsərrüfatı məhsullarının alışını artırmasının" vacibliyini vurğuladığı qeyd olunub.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ