Tramp Si Cinpindən İranla bağlı kömək istəməyib - Rubio


ABŞ prezidenti Donald Tramp Çin lideri Si Cinpindən İranla bağlı münaqişənin həllində yardım istəməyib.

Turkustan.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Pekində NBC News-a müsahibəsində açıqlayıb.

Rubio bildirib: “Biz Çindən kömək istəmirik. Onların yardımına ehtiyacımız yoxdur”.

O, həmçinin vurğulayıb ki, Tramp və Si Cinpin arasında keçirilən danışıqlar zamanı ABŞ prezidenti Çin tərəfindən hər hansı dəstək və ya vasitəçilik tələb etməyib.

Bununla yanaşı, Trampın Çin səfərində onu müşayiət edən ABŞ maliyyə naziri Skott Bessant bildirib ki, Vaşinqton Hörmüz boğazında gəmiçiliyin təhlükəsiz və fasiləsiz şəkildə bərpası istiqamətində Pekinin daha fəal rol oynayacağına ümid edir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ