Azərbaycanın rəsmi nümayəndə heyəti İrəvana gedib


Azərbaycan nümayəndə heyəti Bakıdan İrəvana gedib.

Turkustan.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Xəbəri Ermənistanın Mülki Aviasiya Komitəsi də təsdiqləyib.

Bildirilib ki, İrəvandakı “Zvartnots Airport” hava limanında AZAL-a məxsus təyyarə eniş edib.

Təyyarənin şəklini Ermənistan KİV-i dərc edib.

Bakıdan kimlərin getdiyi Mülki Aviasiya Komitəsindən dəqiqləşdirilməyib. Bildirilib ki, ölkəyə Azərbaycandan rəsmi nümayəndə heyəti gəlib./modern.az


MANŞET XƏBƏRLƏRİ