Trampdan Merzə sərt reaksiya: “İran nüvə silahı əldə etsə, dünya girov olacaq"


ABŞ prezidenti Donald Tramp Almaniya kansleri Fridrix Merzin İranla bağlı sözlərinə reaksiya verərək bildirib ki, Merz İranın nüvə silahına sahib olmasının problem olmadığına inanır.

Turkustan.az xəbər verir ki, Donald Tramp bu açıqlamanı sosial media platforması Truth Social vasitəsilə verib.

ABŞ prezidenti deyib: "Əgər İran nüvə silahına sahib olsaydı, bütün dünya girov götürülərdi. Hazırda mən digər ölkələrin və ya prezidentlərin İranla bağlı etməli olduqları şeyi edirəm".

Tramp həmçinin bildirib ki, "Almaniyanın həm iqtisadi, həm də digər cəhətdən bu qədər pis vəziyyətdə olması təəccüblü deyil".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ