Birləşmiş Ərəb Əmirliklərindən KRİTİK QƏRAR: bu təşkilatı tərk edir


Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) OPEC və OPEC+ təşkilatlarını tərk edir.

Bu barədə “Reuters“ məlumat yayıb.

Məlumata görə, BƏƏ mayın 1-dən OPEC və OPEC+ təşkilatlarını tərk edəcək.

WAM-ın xəbərinə görə, sözügedən qurumlardan çıxmaqla bağlı qərar BƏƏ-nin neft emalı siyasəti, bu prosesin hazırkı və gələcək potensialı, eləcə də milli maraqlar nəzərə alınmaqla verilib.

Ərəbistan dənizi və Hörmüz boğazında bloklanmaların təchizat dinamikasına zərbə vurduğu xüsusi vurğulanıb.

BƏƏ-nin bu təşkilatlardan çıxandan sonra da məsuliyyətli aktor olmağa davam edəcəyi, tədrici və hesablanmış qaydada neft bazarına əlavə istehsal gətirəcəyi bildirilib./APA


MANŞET XƏBƏRLƏRİ