İran mediası: Blokada xəttindən 52 İran gəmisi keçib


Hörmüz boğazında gərginlik davam etdiyi üçün 72 saat ərzində ABŞ-ın blokada xəttindən 52 İran gəmisinin keçdiyi bildirilib.

Turkustan.az xəbər verir ki, Fars Xəbər Agentliyi dünən gecə yerli vaxtla saat 22:00-dan əvvəlki 72 saatlıq müddət üçün peyk izləmə məlumatları ilə bağlı məlumat paylaşıb.

Son 72 saat ərzində 31 İran neft tankeri və 21 yük gəmisinin ABŞ-ın blokadasından keçdiyi bildirilib.

Bundan əlavə, Hörmüz boğazından 30 gəminin keçdiyi, o cümlədən 6 İran neft tankerinin və 5 yük gəmisinin qeydə alındığı bildirilib.

28 fevralda ABŞ-İsrail hücumlarından sonra İran İnqilab Keşikçiləri Korpusu 2 martda Hörmüz boğazının gəmiçilik üçün bağlandığını elan etdi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ