İmamoğlu işi üzrə məhkəmə prosesinə damğa vuran rüşvət etirafı


“Əkrəm İmamoğlu mütəşəkkil cinayət işi” üzrə məhkəmə prosesinin 28-ci iclası İstanbul 40-cı Ağır Cinayət Məhkəməsində Marmara İslah Müəssisələri Kompleksində keçirilib.

Turkustan.az xəbər verir ki, iclasda istintaq mərhələsində “tövbə” maddəsi ilə ifadə verən Adəm Soytekin çarpaz dindirilib.

Hakim Soytekinin ifadəsində qeyd olunan müxtəlif layihələrin maliyyələşməsi bağlı “ödənişlərin podratçılardan alınan rüşvətlə təmin edildiyi” iddiasını soruşub. Təqsirləndirilən şəxs bu barədə dəqiq bilmədiyini, lakin podratçıların və mətbuatda yer alan məlumatlara görə bunun rüşvət kimi qiymətləndirildiyini deyib.

Soytəkin həmçinin Keleş ailəsi ilə aralarındakı düşmənçiliyin 2017-ci ildə baş vermiş silahlı insidentdən qaynaqlandığını bildirib.

Məhkəmə zamanı o, Əli Kurta 1,5 milyon dollar göndərilməsi ilə bağlı sualı cavablandırarkən “rüşvət” ifadəsini işlədib və vəsaitin bu məqsədlə verildiyini iddia edib.

Dövlət ittihamçısının suallarını cavablandıran Soytekin, əməliyyatdan əvvəl Əkrəm İmamoğlunun onu xəbərdar etdiyini bildirib. Onun sözlərinə görə, İmamoğlu “hazır olun” deyə xəbərdarlıq edib, lakin bu xəbərdarlığa əməl etmədiyi üçün şirkətləri müsadirə olunub.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ