ABŞ prezidenti Donald Tramp sosial media platforması Truth Social-da paylaşım edərək bildirib ki, İran ona çökmə prosesində olduqları barədə mesaj göndərib.
Turkustan.az xəbər verir ki, nun sözlərinə görə, İran rəhbərliyi daxili problemləri həll etməyə çalışır və bu çərçivədə ABŞ-dan Hörmüz boğazının mümkün qədər tez açılmasını istəyib.
Tramp həmçinin iddia edib ki, İran ABŞ-dan boğazın açılması üçün yardım tələb edir. Qeyd edək ki, Hörmüz boğazının İran tərəfindən bağlandığı bildirilir və Trampın paylaşımının ABŞ-ın İrana tətbiq etdiyi dəniz blokadasına işarə etdiyi ehtimal olunur.
Trampın paylaşımında deyilir:
“İran bizə ‘çökmə prosesində’ olduqlarını bildirdi. Liderlik problemlərini həll etməyə çalışarkən (inanıram ki, bunu bacaracaqlar!), bizdən Hörmüz boğazını mümkün qədər tez açmağımızı istəyirlər".
Aytən Yaşar/ Turkustan.az