İddia: Tramp Netanyahuya ciddi xəbərdarlıq etdi


İsrail mətbuatında yayılan xəbərlərə görə, ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benjamin Netanyahunu Livanda atəşkəsi təhlükə altına ala biləcək hücumlardan çəkinməyə çağırıb.

Turkustan.az xəbər verir ki, Tramp Netanyahu ilə telefon danışığı zamanı Livandakı vəziyyəti müzakirə edib. İsrailin 12-ci Kanal televiziyasının yaydığı xəbərə görə, Netanyahu görüşdə Livana hücumların davam etdirilməsinin zəruri olduğunu bildirib və bunu İsrail əsgərlərinin, eləcə də şimal sərhədində yaşayan əhalinin təhlükəsizliyi ilə əsaslandırıb.

Məlumata görə, Tramp Livanda mövcud atəşkəsi poza biləcək hərbi addımlardan çəkinməyin vacibliyini vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ