“İranla bağlı münaqişə NATO-nun hərbi və siyasi zəifliyini üzə çıxarıb və mümkün Rusiya qarşıdurması zamanı alyansın effektiv fəaliyyətini sual altına qoyub”.
Turkustan.az xəbər verir ki, bu barədə “Politico” nəşri məıqalə dərc edib.
Məqalədə bildirilir ki, əsas problemlər müttəfiqlər arasında fikir ayrılıqları, sursat çatışmazlığı və koordinasiya çətinlikləridir. Avropa ölkələrinin ABŞ-ın çağırışlarına qoşulmaması alyans daxilində gərginliyi artırıb.
Eyni zamanda, ABŞ prezidenti Donald Tramp müttəfiqlərin dəstəyinin zəif olmasını tənqid hədəfinə çevirərək, Vaşinqtonun NATO-dakı rolunu yenidən nəzərdən keçirəcəyini istisna etməyib.
Yazıda həmçinin hava və dəniz qüvvələrinin hazırlıq səviyyəsinin yetərli olmadığı, uzaqmənzilli silahlara ehtiyacın artdığı vurğulanır. Bununla yanaşı, Ukraynanın hərbi təcrübəsinin artıq Avropanın təhlükəsizliyində mühüm rol oynadığı qeyd edilir. /globalinfo.az/