Rusiya siyasi rəhbərliyi daha geniş hücum əməliyyatları planlaşdırır və Rusiya Federasiyasında səfərbərlik proseslərinin genişləndirilməsi də daxil olmaqla daha çox hərbi qüvvə cəlb etməyə hazırlaşır.
Turkustan.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Oleq İvaşçenkonin hesabatına istinadən Facebook hesabında bildirib.
Zelenski qeyd edib ki, Ukraynanın əlində Rusiya Baş Qərargahının sənədləri var və bu sənədlər işğalçıların siyasi rəhbərliyin tapşırıqlarını yerinə yetirməkdə çətinlik çəkdiyini göstərir. Onun sözlərinə görə, Ukrayna Müdafiə Qüvvələri Rusiya ordusunun hücum potensialını zəiflədir və geri dönüşü olmayan itkilər artıq ümumi itkilərin təxminən 60 faizini təşkil edir.
Buna baxmayaraq, Zelenskinin sözlərinə görə, Rusiya rəhbərliyi yeni hücum əməliyyatlarını planlaşdırır və səfərbərlik proseslərini genişləndirərək əlavə şəxsi heyət cəlb etməyə hazırlaşır.
Aytən Yaşar/ Turkustan.az