Axios: ABŞ/İsrail-İran müharibəsinin yaxın gələcəkdə bitməsi ehtimalı azdır


ABŞ-da yerləşən “Axios” nəşri ABŞ və İsrailin İrana hücumları ilə başlayan müharibənin yaxın zamanda başa çatmasının az ehtimal olunduğunu bildirib.

Turkustan.az xəbər verir ki, nəşrin məlumatına görə, ABŞ/İsrail–İran qarşıdurması artıq Soyuq Müharibə dövrünü xatırladan mərhələyə daxil olub. Xəbərdə mövcud vəziyyət “dalan vəziyyəti” kimi xarakterizə edilir və münaqişənin tezliklə sona çatacağına dair hər hansı əlamətin olmadığı qeyd olunur.

Materialda adları açıqlanmayan rəsmilərin fikirlərinə də yer verilib. Onların sözlərinə görə, ABŞ-ın müharibə və ya razılaşma olmadan “dondurulmuş münaqişə” mərhələsinə keçməsi ehtimalı narahatlıq doğurur.

Rəsmilər hesab edir ki, ölkənin 3 noyabr aralıq seçkilərindən təxminən altı ay əvvəl belə bir mərhələyə daxil olması prezident Donald Tramp üçün həm siyasi, həm də iqtisadi baxımdan ən arzuolunmaz ssenaridir.

Eyni zamanda bildirilir ki, Tramp yeni hərbi addımlar atmaq və ya İranı danışıqlara məcbur etmək üçün maliyyə sanksiyalarını gücləndirmək variantları arasında seçim etməyə çalışır. Mənbələr onu “güc tətbiq etməyə tələsməyən, lakin geri çəkilmək niyyətində olmayan” lider kimi xarakterizə edir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ