İsrailin Baş naziri Binyamin Netanyahu, ABŞ-ın İrana hücumları səbəbindən iki aylıq gecikmədən sonra korrupsiya məhkəməsində yenidən məhkəmə qarşısına çıxdı.
Turkustan.az xəbər verir ki, “Times of Israel” qəzetinin məlumatına görə, Netanyahu iki aydan sonra ilk dəfə məhkəmə qarşısına çıxaraq ona qarşı çoxsaylı korrupsiya işlərində ifadə verib.
Bu işlərdə 81-ci dəfə hakim qarşısına çıxan Netanyahu, ABŞ-ın rəhbərlik etdiyi İrana qarşı 28 fevral hücumlarının başlamasından bəri ilk dəfə məhkəmə qarşısına çıxdı.
Netanyahunun israilli iş adamı Şaul Eloviçin xeyrinə milyonlarla dollarlıq hüquqi tənzimləmələri təsdiqləməkdə ittiham olunduğu 4000 nömrəli iş yekunlaşmaq üzrədir.
Aytən Yaşar/ Turkustan.az