Azərbaycanlı uşağı təhqir edən müəllim işdən çıxdı


Rusiyada azərbaycanlı qızı təhqir edən müəllim işdən çıxıb.

Ural Federal Universitetinin maliyyə və kredit kafedrasının baş müəllimi Yuliya Volkova öz istəyi ilə işdən çıxmaq üçün ərizə yazıb. Buna səbəb onun sosial şəbəkədə azərbaycanlı bir qızın xarici görünüşü barədə təhqiramiz paylaşım etməsindən sonra yaranan qalmaqal olub.

Bildirilib ki, aprelin 28-də etik komissiya məsələni müzakirə edib. Komissiya üzvləri belə davranışın universitet əməkdaşı üçün yolverilməz olduğunu vurğulayıblar. Struktur bölmələrinin rəhbərlərinə kollektivlərdə bu vəziyyətin müzakirə olunması və komissiyanın mövqeyinin bütün əməkdaşlara çatdırılması tövsiyə ediləcək.

Eyni zamanda qeyd olunub ki, müəllim iclasdan bir gün əvvəl artıq öz istəyi ilə işdən çıxmaq üçün ərizə təqdim edib./lent.az


MANŞET XƏBƏRLƏRİ