Heç kim qocalmayacaq: Alimlər ürəyi gəncləşdirən maddə tapdı


Yaponiyalı alimlər ürəyin qocalmasını ləngitmək, hətta qismən bərpa etmək üçün yeni üsul aşkarlayıblar.

Turkustan.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Qakuşuin Universitetinin Təbiət Elmləri fakültəsinin professoru Şigeru Yanaqin məlumat verib.

Yanaqi və həmkarları siçan hüceyrələri üzərində apardıqları araşdırma zamanı təbii berberin maddəsindən əldə edilən “mitorubin” maddəsinin təsirini öyrəniblər. Məlum olub ki, bu maddə hüceyrələrdə enerji istehsalına cavabdeh olan mitoxondrilərin fəaliyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır.

Alimin sözlərinə görə, mitoxondrilər hüceyrənin “elektrik stansiyası” rolunu oynayır. Lakin yaş artdıqca onların sayı azalır və funksiyası zəifləyir.

Araşdırma sübut edib ki, mitorubin MITOL adlı molekulların ekspressiyasını artırır. Bu molekullar mitoxondrilərin “keyfiyyətə nəzarət sistemi” hesab olunur və yaşlandıqca onların səviyyəsi aşağı düşür. Bunun nəticəsində isə mitoxondrilərin enerji istehsal qabiliyyəti artır və onların sayı da çoxalır.

Ətraflı
Alimlər bildiriblər ki, heyvan modellərində əldə olunan nəticələr ürək funksiyasının yaşla bağlı zəifləməsinin qarşısını almağın və ya onu yaxşılaşdırmağın mümkünlüyünü göstərir.

Bununla belə, tədqiqat hələ yalnız heyvanlar üzərində aparılıb. Mütəxəssislər qeyd edir ki, eyni effektin insanlarda da müşahidə olunub-olunmayacağını müəyyən etmək üçün əlavə araşdırmalara ehtiyac var.

Yanaqi sonda vurğulayıb ki, mitoxondrilərin fəaliyyətinin zəifləməsi bir çox yaşa bağlı xəstəliklərin əsas səbəblərindən biridir və bu istiqamətdə uğurlu nəticələr gələcəkdə yeni müalicə üsullarının hazırlanmasına yol aça bilər./publika.az


MANŞET XƏBƏRLƏRİ