Katz: Cənubi Livan Qəzza ilə eyni vəziyyətdədir


İsrailin müdafiə naziri Yisrael Katz bildirib ki, Cənubi Livandakı vəziyyət Qəzza zolağı ilə eynidir.

Turkustan.az xəbər verir ki, nazir yazılı açıqlamasında atəşkəsə baxmayaraq Livana hücumların davam etdiyini qeyd edib və İsrail ordusunun ölkənin şimalındakı Qalileya bölgəsinə yönələn təhdidləri aradan qaldırmaq məqsədilə fəaliyyət göstərdiyini vurğulayıb.

Katzın sözlərinə görə, orduya Qəzza zolağında tətbiq edilən taktikalara bənzər şəkildə Livanın cənubunda nəzarətdə olan ərazilərdə əməliyyatlar aparmaq tapşırılıb.

O, həmçinin Livanda nəzarət altında olan ərazilərdən birində yerləşən Kantara şəhərinə endirilən zərbəyə toxunaraq, burada Hizbullaha məxsus olduğu iddia edilən yeraltı obyektin məhv edildiyini bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ