Avropa İttifaqı (Aİ) Ukraynaya ayrılacaq 90 milyard avroluq maliyyə paketinin şərtlərini sərtləşdirə bilər.
Turkustan.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.
“Kiyev vergi sistemində dəyişikliklər etməzsə, əsasən də sadələşdirilmiş rejim üzrə çalışan şirkətlər üçün əlavə addımlar atmazsa, maliyyə ayrılması məsələsi çətinləşə bilər.
İllik gəliri 77,4 min avronu aşan və hazırda cəmi 5 faiz vergi ödəyən şirkətlər üçün ƏDV-nin 20 faizə qaldırılması təklif olunur. Bu rejim əvvəlcə kiçik biznes üçün nəzərdə tutulmuşdu”, – deyə nəşr qeyd edib.
Məlumata görə, Ukrayna Ali Radası ilin əvvəlində bu dəyişiklikləri qəbul etməyib və mart müddətini buraxıb.
Yeni son tarix iyundur və həmin vaxt proqram Beynəlxalq Valyuta Fondu tərəfindən yenidən qiymətləndiriləcək./Globalinfo.az