Yeni nazir müavini bu tanınmış şəxsin OĞLUDUR


Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Rəşad Müsəllim oğlu Həsənov rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.

Turkustan.az
xəbər verir ki, Rəşad Həsənov tanınmış jurnalist, ssenarist, Azərbaycanın əməkdar mədəniyyət işçisi Müsəllim Həsənovun oğludur.

Rəşad Həsənov bu təyinata qədər rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri vəzifəsində çalışırdı.

Qeyd edək ki, tanınmış jurnalist Müsəllim Həsənov 1985-1989-cu illərdə "Azərnəşr"də çalışıb.

"Yeni fikir" qəzetində şöbə müdiri, redaktor müavini olub. 1997-ci ildə isə "Panorama" qəzetində şöbə müdiri vəzifəsində işləyib.

1997-2000-ci illərdə Baş Prokurorluğun mətbuat xidmətinə rəhbərlik edib. Sonrakı illərdə "Bizim əsr" və “Yeni yüzil” qəzetlərində çalışıb. 2010-2013-cü illərdə isə İctimai Televiziyada redaktor vəzifəsində işləyib.

2014-cü ildən Bakı Media Mərkəzinin redaktorudur./Bizim.Media

xxx

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Rəşad Müsəllim oğlu Həsənov rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.

Rəşad Həsənovun dosyesini təqdim edirik:

Rəşad Müsəllim oğlu Həsənov 1987-ci ildə anadan olub.

Təhsil

2004 – 2008: Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr təhsili alıb.

2009 – 2010: Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Qlazqo Universitetində iqtisadi və maliyyə sektorlarının idarə edilməsi ixtisası üzrə magistr təhsili alıb.

2012 – 2016: Avstraliyanın Deakin Universitetində doktorantura təhsili almış, iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi əldə edib.

Karyera

2010 – 2012: Azərbaycan Respublikasının Mərkəzi Bankında iqtisadçı vəzifəsində çalışıb.

2012 – 2018: Avstraliyanın Maliyyə Nazirliyində iqtisadçı və baş iqtisadçı vəzifələrində işləyib.

2018 – 2021: ADA Universitetində iqtisadiyyat üzrə baş müəllim vəzifəsində çalışıb.

2018 – 2020: Dünya Bankının Avstraliyadakı ofisində məsləhətçi və makroiqtisadçı vəzifələrində işləyib.

2020 – 2021: BMT-nin Rezident Əlaqələndiricisinin Azərbaycan ofisində iqtisadçı vəzifəsində çalışıb.

2021 – 2026: Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri vəzifəsində işləyib.

Rəşad Həsənov ingilis və rus dillərini bilir.

xxx

Rəşad Müsəllim oğlu Həsənov rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.

Turkuatan.az Nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.


MANŞET XƏBƏRLƏRİ