İspaniya İraqdakı qoşunlarını Türkiyəyə təxliyə etdi


İran ABŞ və İsrail arasındakı münaqişənin hədəfi olan İraqa raket və pilotsuz təyyarə hücumlarını davam etdirdiyindən, İspaniya qoşunlarını İraqdan təxliyə edib.

Turkustan.az xəbər verir ki, İspaniyanın müdafiə naziri Marqarita Robles İraqda xidmət edən 99 ispan əsgərinin Türkiyəyə təxliyə edildiyini açıqlayıb.

Robles bildirib ki, əsgərlərdən 57-si ABŞ-ın rəhbərlik etdiyi İŞİD terror təşkilatına qarşı beynəlxalq koalisiyada, 42-si isə NATO-nun İraqdakı missiyasında xidmət edir.

Robles NATO missiyasında xidmət edən əsgərlərin yerləşdiyi bazanın yaxınlığında raket hücumlarının baş verdiyini və bunun əməliyyata mane olduğunu bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ