Pezeşkian: Dünya bu böhrana qarşı çıxmasa...


İran prezidenti Məsud Pezeşkian ABŞ-ın İrana hücumlarının və Ali Lider Əli Xameneinin hədəfə alınmasının qlobal qanunun aliliyini sarsıdacaq yeni bir prosesi təmsil etdiyini və bunun dayandırılmazsa, bir çoxlarına zərər verə biləcəyini bildirib.

Turkustan.az xəbər verir ki, Pezeşkian bu açıqlamanı X sosial media platformasında verib.

Pezeşkian bildirib ki, "İsrail rejiminin təbiəti dövlət terrorizminə əsaslanır" və ABŞ-ın İrana qarşı təcavüzü və ölkə lideri Əli Xameneinin öldürülməsi beynəlxalq mübahisələrdə qlobal hüquqi nizamı pozacaq yeni bir prosesi təmsil edir.

Əlavə edib ki, əgər dünya bu böhrana qarşı qətiyyətlə müqavimət göstərməsə, bu yanğının alovu çoxlarını məhv edəcək.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ