"Müharibə nə vaxt bitəcək?" sualı verildi! Budur onun cavabı


İsrailin Baş naziri Benyamin Netanyahu mətbuat konfransında İsrail-ABŞ-ın İrana qarşı əməliyyatları ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Turkustan.az xəbər verir ki, Netanyahu İranı Hörmüz boğazından keçən əməliyyatlarda günahlandırarkən müharibənin gözləniləndən daha tez bitə biləcəyini irəli sürüb.

Xarici mətbuatın da qatıldığı görüşdə Netanyahu ABŞ-ın İsrail tərəfindən müharibəyə cəlb edildiyi iddialarını rədd etdi. "Onlar həqiqətən düşünürlərmi ki, kimsə Prezident Trampa nə etməli olduğunu deyə bilər? Prezident Tramp həmişə qərarlarını ABŞ üçün ən yaxşısını nəzərə alaraq verir", - deyə o bildirib.

Netanyahu ABŞ prezidenti Donald Trampın İranın nüvə silahı əldə etməməsi ilə bağlı artıq açıq bir mövqeyi olduğunu bildirib və əlavə edib ki, "Onu buna inandırmağa ehtiyac yox idi".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ