ABŞ və İsraildən Bəndər-Lengə limanına BİRGƏ HÜCUM – Gəmilər belə məhv edildi – VİDEO


ABŞ və İsrailin hücumu nəticəsində Bəndər-Lengə limanında 16 ticarət gəmisi məhv edilib.

Turkustan.az xəbər verir ki, bu barədə "Al Arabiya" məlumat yayıb.

Ticarət gəmilərinin hansı ölkələrə məxsus olduğu açıqlanmayıb.

Qeyd edək ki, Bəndər Lingə - İranın cənubunda, Fars körfəzində yerləşən liman şəhəridir.

Liman tranzit daşımalarını təmin edir, ona xüsusi iqtisadi zona statusu verilib. Xatırladaq ki, 28 fevralda İsrail və ABŞ İrana qarşı əməliyyatlara start verib.

Bu hücumlara cavab olaraq İran "Əsl vəd 4" əməliyyatına başlayıb. İranın raket hücumları təkcə İsraili və ABŞ bazalarını deyil, region ölkələrini, o cümlədən Azərbaycanı da əhatə edib.


Bizim.Media


MANŞET XƏBƏRLƏRİ