Erməni arxiyepiskop KQB agenti olub - Şok iddia


Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Andranik Simonyan bildirib ki, arxiyepiskop Ezras Nersisyan “KQB agenti” olub. O, bu faktın ictimaiyyətə məlum olduğunu iddia edib.

Turkustan.az xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında danışıb.

Məlumata görə, ötən ilin sonunda hakimiyyətə yaxın civic.am saytı arxiyepiskopun 1980-ci illərdə Sovet KGB tərəfindən əməkdaşlığa cəlb edildiyini iddia edən sənəd yayımlayıb.

Bildirilir ki, Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin məlumatına əsasən, arxiyepiskopun hazırda da xarici ölkələrin xüsusi xidmət orqanlarının nümayəndələri ilə əlaqələrinin olduğu və bunun ölkənin təhlükəsizliyi üçün risk yarada biləcəyi qeyd olunur.

Qeyd edək ki, sözügedən sənəd Ermənistanın baş naziri Nikol Paşinyanın arxiyepiskop barədə səsləndirdiyi oxşar ittihamlardan sonra ictimaiyyətə sızdırılıb./publika.az


MANŞET XƏBƏRLƏRİ