Fazil Mustafa Azərbaycan xalqını Novruz və Ramazan bayramı münasibətilə TƏBRİK ETDİ


Hörmətli həmvətənlər!

Qədim milli bayramımız olan Novruz və müqəddəslik məzmunu daşıyan Ramazan bayramının eyni günlərə təsadüf etməsi xüsusi məna və dərin simvolika daşıyır. Bu nadir uyğunluq mənəvi dəyərlərlə milli ənənələrin vəhdətini, ruhani saflıqla həyatın yenilənməsi arasında körpünü bir daha nümayiş etdirir.

Novruz torpağın oyanışı, həyatın dirçəlişi, ümidin və gələcəyə inamın bayramıdır; Ramazan bayramı isə bizə mərhəməti, paylaşmağı, səbr və mənəvi kamilliyi xatırladır. Bu iki böyük bayramın qovuşması xalqımızın mənəvi bütövlüyünün, milli kimliyinin və dəyərlər sisteminin gücünü ifadə edir.

Arzu edirəm, bu mübarək günlər ölkəmizə, bütün Türk dünyasına yeni uğurlar, yüksəlişlər gətirsin. Hər bir ailəyə sevinc, hər bir ocağa bərəkət nəsib olsun. Birliyimiz, həmrəyliyimiz və müstəqilliyimizə, dövlətimizə bağlılığımız daim möhkəm olsun.

Sizi və doğmalarınızı ürəkdən təbrik edir, hər birinizə sağlamlıq, xoşbəxtlik və uğurlar arzulayıram!

Bayramlarınız mübarək olsun!

Hörmətlə,
Fazil MUSTAFA
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri


MANŞET XƏBƏRLƏRİ