İran ilk dəfə yeni silahından istifadə edir! İsrailin əsas mərkəzləri vuruldu


İran İnqilab Keşikçiləri Korpusu (İİKK) İsrailə qarşı həyata keçirilən qisas hücumları ilə bağlı yeni açıqlama yayıb.

Turkustan.az xəbər verir ki, bildirilib ki, “Əsl Vəd 4” əməliyyatının 65-ci dalğası uğurla başa çatıb. Açıqlamada qeyd olunub ki, bu mərhələdə ilk dəfə olaraq çoxsaylı döyüş başlığına malik “Kadr” raketinin təkmilləşdirilmiş idarəolunan versiyası sayılan “Nəsrullah” raketindən istifadə edilib.

Məlumata görə, hücumlar çərçivəsində İsrailin Hayfa və Aşdod bölgələrində yerləşən mühüm enerji və təhlükəsizlik infrastrukturu, neft emalı zavodları və hərbi dəstək mərkəzləri hədəf alınıb.

Eyni zamanda, əməliyyatın Körfəz regionunda ABŞ-la əlaqəli bəzi hədəfləri də əhatə etdiyi bildirilib. Bu çərçivədə Əl-Xərc, Şeyx İsa və Əl-Dəfra hava bazalarına orta mənzilli raket zərbələrinin endirildiyi qeyd olunub.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ