Azərbaycanın yük aviaşirkəti “Silk Way”in təyyarələri Ermənistan hava məkanından uçuşlara başlayıb.
Turkustan.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Nəşr iddia edib ki, bu yaxınlarda “Flightradar24” xidmətində Ermənistan hava məkanı üzərindən belə bir uçuş qeydə alıb. Təyyarə Naxçıvandan Bakıya uçub.
Bundan öncə yük təyyarələri Azərbaycan paytaxtından Gürcüstan və Türkiyə vasitəsilə Naxçıvana uçurdu.
“Armaeronavigation” Ermənistan ərazisi üzərindən uçuşu təsdiqləyib. Bildirilib ki, bu, ilk uçuş deyil: oxşar uçuşlar 2025-ci ildə çətin hava şəraiti səbəbindən baş verib. /axar.az/