Ordu ilə bağlı siyahı açıqlandı: Türkiyə 19-cu yerdə, Azərbaycan isə…


Dünyada ən çox hərbi xərcləmə edən ölkələrin siyahısı açıqlanıb.

Turkustan.az xəbər verir ki, beynəlxalq hesabata əsasən, hərbi xərclərə görə ABŞ birinci yerdə qərarlaşıb.

Ölkənin müdafiə büdcəsi qlobal hərbi xərclərin böyük hissəsini təşkil edir. Siyahıda Çin ikinci, Rusiya isə üçüncü pillədə yer alıb. İlk beşliyə həmçinin Almaniya və Hindistan daxil olub.

Məlumata görə, qlobal miqyasda hərbi xərclər rekord səviyyəyə çataraq 2,7 trilyon dolları keçib. Artım əsasən beynəlxalq gərginliklərin və regional münaqişələrin fonunda baş verib.

Türkiyə isə dünyanın ən çox hərbi xərcləmə edən ölkələri arasında 19-cu yerdə qərarlaşıb. Son illər ölkənin müdafiə sahəsinə ayırdığı vəsaitin artması bu mövqeyin formalaşmasına səbəb olub. Azərbaycan isə siyahıda yer almayıb. /Globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ