İranda internet bərpa olunub.
Turkustan.az xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb.
“Rəşt şəhərində fasiləsiz silah səslərinin eşidildiyi anları əks etdirən video sosial mediada yayılıb. Görüntülər yanvarın 8-də çəkilib. Videonu çəkən şəxsin sözlərinə görə, cəmi beş dəqiqə ərzində 8–10 nəfər öldürülüb və ya yaralanıb. 10 günlük genişmiqyaslı kəsintidən sonra internetin qismən bərpa edilməsi ilə ölkənin müxtəlif şəhərlərindən etirazlara dair görüntülər sosial mediada sürətlə yayılmağa başlayıb”, – deyə bildirilib. /globalinfo.az/