Almaniya ordusunun 15 nəfərlik hərbi heyəti gözlənilmədən Qrenlandiyanı tərk edib.
Turkustan.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, alman zabir və əsgərlər “İslandair” şirkətinə məxsus təyyarə ilə Nuuk şəhərini tərk ediblər.
“Geri qayıtmaq əmri bu səhər Almaniyadan gəlib. Əvvəllər planlaşdırılan bütün görüşlər və tədbirlər təcili olaraq ləğv edilib”, - nəşr bildirib.
Alman hərbçilərinin Qrenlandiyanı qəfil tərk etmələrinin səbəbi açıqlanmayıb.
Qeyd edək ki, alman qoşunları adaya cəmi bir neçə gün əvvəl Danimarkanın dəvəti ilə NATO missiyasının bir hissəsi olaraq yollanmışdı. /axar.az/